Bill Qeyts süni intelektin görə bilməyəcəyi peşələri AÇIQLADI

Bill Qeyts süni intelektin görə bilməyəcəyi peşələri AÇIQLADI






presstv

"Presstv"az #Avto, #Microsoft, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Süni intelektin hər keçən il inkişafı, onun müxtəlif sahələrdə birbaşa iştirakçılığının təmini və həyatımızın hər sahəsinə sürətlə inteqrasiyası bir çox insanın ağlında gələcəkdə bütün işlərin süni intelekt tərəfindən görüləcəyi fikirini də yaradır.

presstvaz modern.az-a istinadən xəbər verir ki, Microsoftun qurucusu Bill Qeyts də bu mövzuda diqqətçəkən açıqlamalar verərək bəzi insanların narahatlıqlarına son qoyub.

Qeytsə görə, süni intellekt zamanla bir çox işi ələ keçirəcək, lakin bəzi peşələr hələlik bu dəyişiklikdən təsirlənməyəcək. Qeytsin fikrincə, bu “şanslı üçlük” – proqram tərtibatçıları, bioloqlar və enerji mütəxəssisləridir. Onlar süni intellektin heç vaxt əvəz edə bilməyəcəyi peşələrdir. Bill Gates bildirib ki, proqram tərtibatçıları, bioloqlar və enerji mütəxəssisləri süni intellektin geniş yayılmasına baxmayaraq, uzun müddətdə öz əhəmiyyətlərini qoruyacaqlar.

Bu sahələrin hələ də insan təcrübəsi və müdaxiləsi tələb etdiyini bildirən Qeyts, süni intellektin təkrarlanan işlərdə daha təsirli olduğunu bildirib. Bununla belə, o vurğulayıb ki, mürəkkəb təhlil, texniki bilik və yaradıcılıq tələb edən işlərdə insan gücünü əvəz etmək olmaz. Qeyts qeyd edib ki, süni intellekt proqram təminatının hazırlanmasında köməkçi rol oynaya bilər, lakin proses hələ də insan nəzarətini tələb edir. Bildirib ki, kodlaşdırma xətalarının aradan qaldırılması, alqoritmlərin işlənib hazırlanması və süni intellektin özünün strukturunun təkmilləşdirilməsi kimi kritik tapşırıqlar proqram təminatı tərtibatçıları tərəfindən həyata keçirilməlidir. Bəzi sektorlarda isə avtomatlaşdırmanın çox yüksək səviyyələrə çata biləcəyi proqnozlaşdırılır.
Qeyts gələcəkdə bir çox peşənin süni intellekt tərəfindən dəyişdiriləcəyini də istisna etməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv