Tramp yenə gözünü Qrenlandiyaya dikdi: “Biz onu almalıyıq”

Tramp yenə gözünü Qrenlandiyaya dikdi: “Biz onu almalıyıq”






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Qrenlandiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qrenlandiya ABŞ-a beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır, Vaşinqton onu almalıdır.”

presstvaz bildirir ki,bunu ABŞ Prezidenti Donald Tramp jurnalist Vins Kolianezə müsahibəsində deyib.

“Beynəlxalq təhlükəsizlik üçün Qrenlandiya bizə lazımdır. Biz onu almalıyıq. Və bu, müdafiə və hətta hücum mövqeyi baxımından bizə lazım olan adadır, xüsusən də indiki dünya şəraitində. Ada bizdə olmalıdır. Ona görə də bunu deməyi xoşlamıram, amma biz onu almalıyıq”, – Tramp deyib.

Qrenlandiyalıların ABŞ vətəndaşı olmaq istəyib-istəmədiyi ilə bağlı suala isə Tramp belə cavab verib:

“Bilmirəm. Düşünmürəm ki, onlar istəyirlər, amma mən hesab edirəm ki, biz bunu etməliyik və biz onları inandırmalıyıq. Biz o ərazini almalıyıq, çünki onsuz siz bu torpaqların çoxunu lazımi qaydada qoruya bilməzsiniz. Ona görə də biz onu almalıyıq və düşünürəm ki, biz onu alacağıq”, – prezident deyib. (APA)

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv