Elçin Əmirbəyovdan Ermənistana xəbərdarlıq: “Bu sülh fürsəti əbədi olmayacaq”

Elçin Əmirbəyovdan Ermənistana xəbərdarlıq: “Bu sülh fürsəti əbədi olmayacaq”






presstv

"Presstv"az #Argentina, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Ermənistan, #Fransa, #İran, #İsrail, #Mətbuat konfransı, #Müharibə, #Münaqişə, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və Ermənistan arasında 30 ildən çox davam edən Qarabağ münaqişəsinin sona çatdırılması istiqamətində son razılaşma beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, bu kontekstdə, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Argentinaya rəsmi səfəri zamanı verdiyi açıqlamalar yerli mətbuatda geniş şəkildə işıqlandırılıb.

Argentina mətbuatında yer alan yazılarda bildirilir ki, tərəflər arasında əldə edilən ilkin razılaşma bölgədə sülhə doğru atılmış ciddi addım kimi qiymətləndirilir. Buenos-Ayresdə keçirilən mətbuat konfransında danışan Əmirbəyov bildirib ki, Ermənistan bu dəfə real olaraq başa düşüb: Azərbaycanla sülh fürsəti əbədi deyil.

“Ermənistan bu fürsətin daimi olmayacağını anlayıb və onun əldən çıxması onlar üçün ağır nəticələr doğura bilər”, – deyə o vurğulayıb.

Əmirbəyov bildirib ki, ötən həftə yekunlaşan danışıqlar nəticəsində tərəflər diplomatik münasibətlərin bərpası və sərhədlərin açılması istiqamətində razılaşmaya yaxınlaşıblar. Lakin Azərbaycanın mövqeyinə görə, bu prosesin irəliləməsi Ermənistanın siyasi iradəsindən – konstitusiyasında dəyişikliklər edərək gələcək ərazi iddialarından imtina etməsindən və sərhədlərdə xarici hərbi qüvvələrin çıxarılmasından asılıdır.

“Bu razılaşma bir son yox, başlanğıcdır. Sülh yalnız sözlə yox, əməllə qurulur. Qafqaz üçün daha sabit və firavan gələcək naminə irəliləməliyik”, – deyə o əlavə edib.

Argentina mediası qeyd edir ki, Ermənistanla Azərbaycan arasında 1991-ci ildən bağlı olan sərhədlərin açılması və qarşılıqlı diplomatik əlaqələrin qurulması real mərhələyə daxil olub. Bu münaqişə 1991-1994 və 2020-ci illərdə iki böyük müharibəyə səbəb olmuş və 40 mindən çox insanın həyatına son qoymuşdu.

2023-cü ildə Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbiri nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunub. Bunun ardınca 100 mindən artıq erməniəsilli sakin bölgəni tərk edib və bu, sülh danışıqlarına yeni impuls verib.

Yazıda, həmçinin qeyd olunur ki, Cənubi Qafqaz bölgəsi coğrafi və geosiyasi baxımdan olduqca həssasdır. Rusiya, İran, Türkiyə, Fransa və İsrail kimi güclər illərlə tərəflərə müxtəlif dəstək formaları ilə bu münaqişədə rol oynayıblar.

Azərbaycan rəsmisinin Argentinadakı çıxışı bu mesajla tamamlanıb: “Əgər biz bu fürsəti düzgün dəyərləndirsək, Cənubi Qafqaz sülh və əməkdaşlıq bölgəsinə çevrilə bilər.”

Argentina erməni diasporunun ən güclü olduğu olkələrdən biridir. Argentina qondarma soyqırımı tanımaqla bərabər (2007-ci il), Ermənistanla da sıx dostluq əlaqəsi saxlayır. Belə bir ölkənin mediasında Azərbaycan həqiqətlərinin işıqlandırılması rəsmi Bakının üstün diplomatik addımlarından biridir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv