Təcili tibbi yardım bayram gecələri necə çalışır?

Təcili tibbi yardım bayram gecələri necə çalışır?






presstv

"Presstv"az #Avto, #avtobus, #avtomobillər, #Həkim, #Təcili Tibbi Yardım, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Özümüzün, doğmalarımızın səhhətində problem yaranarkən ilk zəng edəcəyimiz ünvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzidir (TTTYM). Burada işləyənlər üçün həftənin şənbə-bazar, yaxud qeyri-iş günləri yoxdur.

Onlar çalışırlar ki, zənglərə anında cavab verərək, aidiyyəti üzrə yönləndirsinlər.

Bəs TTTYM bayram gecələrində necə çalışır?

Həkim Rəna Hacıyeva mövzu ilə bağlı Baku TV-yə danışarkən qeyd edib ki, bayram günlərində iş rejimi daha gərgin olur:

“Bayram günlərində insanların nizamsız qidalanması nəticəsində həzm sistemində yaranan narahatlıqlarla əlaqəli çağırışların sayı daha çox olur. İnfarkt, insult, qanaxma ilə bağlı çağırışlara da gedirik. Ağır vəziyyətdə olan xəstələrlə bağlı zənglər də olur”.

Sürücü Mahir Nəcəfov isə çağırışlara gedərkən qarşılaşdıqları əsas çətinliyin tıxaclarla bağlı olduğunu bildirib:

“Belə hallarda avtobus zolaqlarından istifadə etməyə çalışırıq. Digər avtomobillərin sürücüləri arasında yol verən də olur, verməyən də”.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv