Zelenskidən Ukrayna Silahlı Qüvvələri ilə bağlı ETİRAF

Zelenskidən Ukrayna Silahlı Qüvvələri ilə bağlı ETİRAF






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ukraynanın ölkənin Silahlı Qüvvələri üçün maddi vəsaiti yoxdur”.

presstvaz-ın xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Time” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu səbəbdən Ukrayna Silahlı Qüvvələri Qərb, ilk növbədə Avropa ölkələri tərəfindən maliyyələşdirilməlidir.

“Ukrayna Silahlı Qüvvələrinin istirahətə ehtiyacı var, onların rotasiyaya, ehtiyatlara və maaşa ehtiyacı var. Hazırda bu, problemdir, çünki ordu həmişə indikindən kiçik olub. Ordu üç dəfə böyük olanda onu maliyyələşdirmək lazımdır. Eyni zamanda, Ukrayna büdcəsi buna kifayət etməyəcək”, – deyə Volodimir Zelenski qeyd edib.

Onun sözlərinə görə, ayrıca proqramlar yaratmaq lazımdır ki, Avropa Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirə bilsin.

“İdeal olaraq, maliyyələşdirmə ilə Avropa və ABŞ məşğul olmalıdır, lakin indiki şərtlərdə mən daha çox Avropa ölkələrinə arxalanıram”, – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv