Braziliyanın vitse-prezidenti: “COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı”

Braziliyanın vitse-prezidenti: “COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı”






presstv

"Presstv"az #Bakı, #Braziliya, #COP29, #Günəş, #İqlim dəyişikliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bakıda ötən ilin noyabr ayında keçirilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm platformaya çevrildi”.

presstvaz xəbər verir ki, bunu Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin ölkənin nüfuzlu maliyyə qəzeti “Valor Econômico”nun təşkil etdiyi “Rumos 2025” (İstiqamətlər-2025) tədbirində bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən beynəlxalq tədbir “yaşıl iqtisadiyyat” və dayanıqlı inkişaf sahəsində qlobal əməkdaşlıq üçün yeni perspektivlər açıb.

“COP29 çərçivəsində Braziliyanın təqdim etdiyi ekoloji və iqtisadi təşəbbüslər ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolunu daha da gücləndirmək niyyətini ortaya qoydu. Braziliya istixana qazı emissiyalarını 2035-ci ilə qədər 59-67 % azaltmağı hədəfləyib”, – deyə J.Alkmin bildirib.

O, həmçinin COP30-un Braziliyada keçiriləcəyini xatırladaraq, bunun ölkəsi üçün böyük imkanlar yaradacağını qeyd edib.

“Biz enerji keçidinə xüsusi önəm veririk və Braziliya bu sahədə mühüm nümunədir. Ölkəmizin elektrik enerjisinin təxminən 90 %-i su, günəş, külək və biokütlə kimi bərpa olunan mənbələrdən əldə edilir. Bu, bizim üçün böyük üstünlükdür. Biz karbon bazarının tənzimlənməsi, “yaşıl hidrogen” istehsalı və davamlı sənaye inkişafı istiqamətində ciddi addımlar atırıq. Bu sahədə beynəlxalq əməkdaşlıq bizim üçün prioritetdir”, – deyə Braziliyanın vitse-prezidenti əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv