CAR-da pinqvinlər üçün xilas planı hazırlandı

CAR-da pinqvinlər üçün xilas planı hazırlandı






presstv

"Presstv"az #Ali Məhkəmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pretoriyanın Ali Məhkəməsi bu həftə Cənubi Afrika Respublikasının (CAR) qərb sahillərində nəsli kəsilmək təhlükəsi ilə üzləşən Afrika pinqvinlərinin qorunması məqsədilə altı zonada 10 il müddətinə sənaye balıq ovunu qadağan edib.

presstvaz TASS-a istinadən xəbər verir ki, qərar CAR-da ətraf mühit təşkilatları ilə balıq ovu şirkətləri arasında əldə edilən kompromisin nəticəsidir və məhkəmə tərəfindən təsdiq edilib.

Qeyd edək ki, CAR-ın qeyri-hökumət ətraf mühit təşkilatı “BirdLife South Africa” bir il əvvəl pinqvinlərin qorunması məqsədilə məhkəmə iddiası qaldırıb.

Nəticədə Afrika pinqvinlərinin ən böyük yuvaqurma yerləri ətrafında altı zonada kommersiya balıq ovu və dəniz məhsulları ovu qadağan edilib. Bu ərazilər Dassen, Robben, Stouni-Poynt, Dyer, Sent-Krua və Berd adalarıdır. Bu ərazilərdən bəzisi paytaxt Keyptaun yaxınlığında yerləşir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv