Ceyhun Aşurov: “Turistlərin Azərbaycana gəlməsi üçün DAHA ÇOX səbəblər yaratmalıyıq”

Ceyhun Aşurov: “Turistlərin Azərbaycana gəlməsi üçün DAHA ÇOX səbəblər yaratmalıyıq”






presstv

"Presstv"az #Aya uçuş, #Azərbaycan, #Bakı, #Beynəlxalq Hava Limanı, #Lənkəran, #Müharibə, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan qonşu ölkələrlə müqayisədə daha az turist qəbul edir. Turizm digər sahələrin də inkişafına müsbət təsir göstərməlidir”.

presstvaz bildirir ki,  bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycanın turizm potensialındakı boşluqları dəyərləndirən turizm eksperti Ceyhun Aşurov deyib.

O bildirib ki, Azərbaycanın turizm potensialı böyükdür:

“Azərbaycanın iqlimi, təbiəti, ərazisi, tarixi abidələri və sair zəngin imkanları mövcuddur. Ölkəmizdə turizm bazarı genişdir. Amma bir fakt var ki, Azərbaycan qonşu ölkələrlə müqayisədə daha az turist qəbul edir. Bunun bir sıra obyektiv səbəbləri var. Müharibədən sonrakı dövrdə təhlükəsizlik və başqa səbəblərlə bağlı bizim quru sərhədlərimiz hələ də bağlıdır. Bu, müəyyən qədər ölkəyə gələn turistlərin sayına təsir edir. Uçuş nöqtələrimizin sayı artırılır”.

C.Aşurov vurğulayıb ki, ixraca bərabər olan sahələrdən biri də turizmdir:

“Turizmdən gələn gəlirlər ciddi valyuta mənbəyidir. Turizm digər sahələrin də inkişafına müsbət təsir göstərməlidir. Turizm aktivlik, məşğulluq, yeni iş imkanları yaradır, büdcəyə daxilolmaları artırır. Bu mənada turistlərin Azərbaycana gəlməsi üçün biz daha çox səbəblər yaratmalıyıq. Turistlər Azərbaycanı rahat nəqliyyat, uçuş imkanları, əlverişli qiymətə səyahət, vizanın olmaması, yaxud da “Asan viza”nın daha çox ölkələrə tətbiq olunması, hotellərin, qalma yerlərinin sayı, turizm məhsullarının müxtəlifliyi səbəblərinə görə seçə bilərlər. Sadaladığım nüanslarda bir az da inkişaf etməliyik.

Azərbaycanda səkkiz beynəlxalq hava limanı var. Amma fakt budur ki, yalnız Bakıdakı hava limanı aktiv işləyir. Mən arzu edərdim ki, Gəncə, Lənkəran kimi digər beynəlxalq hava limanlarına da bu yüklər paylanılsın. Turizm nöqteyi-nəzərdən digər hava limanlarının aktiv işləməsi, rüsumların azaldılaraq ucuz hava daşıyıcılarının oraya uçuşlar etməsi ciddi şəkildə bu proseslərə təkan verə bilər. Bizim hədəf bazarlarımız məlumdur, var. Hazırda həm rüsumlar, həm də nəqliyyatın özünün baha olması ümumi turizm paketində qiymətləri yuxarı çəkir. Biz ölkəyə gəlməni daha da asanlaşdırmalı, əlverişli etməliyik”.

Məhərrəm Əliyev


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv