Ərdoğan: Dörd gündür əllərindən gələni edirlər

Ərdoğan: Dörd gündür əllərindən gələni edirlər






presstv

"Presstv"az #Bələdiyyə, #İstanbul, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbirdən, sakitlikdən əl çəkməyəcəyik.

presstvaz report-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul təşkilatının iftar proqamında çıxışı zamanı deyib.

“Bələdiyyələrimiz korrupsiyanın, ədalətsizliyin tərəfində olmayacaq, onlar nəyin doğru, nəyin halal, nəyin haram olduğunu bilə-bilə xalqına xidmət edəcək. Dörd gündür (müxalifət-red) xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər”, – Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, müxalifət öz strukturunu zəhərli sarmaşıq kimi sarmış soyğunçulardan təmizləməyincə, nə siyasi nüfuzunu, nə də siyasi kimliyini geri qaytara biləcək.

“Siyasət və ədalətin küçə terroru ilə idarə olunduğu günlər köhnə Türkiyə ilə birlikdə geridə qaldı. Əgər cəsarətin varsa, qoy demokratiya işləsin, qoy qanun işləsin. Məhkəmələr heç bir təzyiqə məruz qalmadan türk xalqı adına qərar versin. Türkiyədə heç kim qanun çərçivəsindən kənarda deyil”, – Ərdoğan vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv