Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib

Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib






presstv

"Presstv"az #Ailə, #Hakim, #Qar uçqunu, #Sabirabad

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gədəbəydə qar uçqununda həlak olan əsgər Sabirabadda dəfn olunub.

presstvaz “Report”a istinadla xəbər verir ki, dəfn mərasimi bu gün səhər saatlarında rayonun Muğan Gəncəli kəndində baş tutub.

Dəfn mərasimində qar uçqununda həlak olmuş əsgər, 2006-cı il təvəllüdlü Əli Tariyel oğlu İmanovun doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ə.İmanov doğulduğu Muğan Gəncəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ə.İmanov 2024-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, martın 19-da Əli İmanov hərbçi yoldaşı Ruslan Həmidovla birgə qar uçqunu nəticəsində həlak olub. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində martın 20-də əsgərlərin nəşləri tapılıb və ailələrinə təhvil verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv