BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib






presstv

"Presstv"az #Azərbaycan, #Münaqişə, #Silahlı münaqişə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Martın 21-də BMT-nin Qadınların Statusu Komissiyasının (CSW) 69-cu sessiyası çərçivəsində Azərbaycanın təklifi əsasında “Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən sonradan həbs edilmiş qadınların və uşaqların azadlığa buraxılması” adlı qətnamə qəbul olunub.

presstvaz xəbər verir ki, sənəd BMT-nin elektron bazasına yerləşdirilib.

1994-cü ildən başlayaraq iki ildən bir gündəmə gətirilən bu sənəd silahlı qarşıdurmalar zamanı qadın və uşaqların vəziyyətinə xüsusi önəm verir və girovluq məsələsini vurğulayır. Qətnamədə bu cür hərəkətlərin qanunazidd və əsassız olduğu qəti şəkildə qeyd edilir.

Sənəd münaqişə zonalarında beynəlxalq humanitar hüququn pozulması ilə mülki şəxslərə qarşı yönəlmiş hər cür zorakılığı qınayır, buna qarşı səmərəli addımların atılmasını və xüsusilə girovluqda olan qadın və uşaqların tez bir zamanda azad edilməsini tələb edir.

Bundan başqa, qətnamə münaqişədə iştirak edən bütün tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görməyə dəvət edir.

Eyni zamanda, dövlətlərə girovluqdakı qadın və uşaqların yerini və taleyini öyrənmək üçün təcili tədbirlər həyata keçirmək tapşırığı verilir. Sənəddə məsuliyyətin gücləndirilməsinin vacibliyi vurğulanır və beynəlxalq hüquqa uyğun olaraq hərbi cinayətlərdə təqsirli şəxslərin müəyyənləşdirilməsi, təqib olunması və cəzalandırılması üçün dövlətlərin üzərinə düşən vəzifələr xatırladılır.

Qətnamənin əsas məqsədlərindən biri beynəlxalq əməkdaşlığın genişləndirilməsi, girovların təhlükəsizliyinin və insan ləyaqətinin qorunması, onların azadlığa çıxarılması, reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası üçün mexanizmlərin təkmilləşdirilməsidir.

BMT-nin baş katibi Antoniu Quterriş Qadınların Statusu Komissiyasının 71-ci sessiyasında bu qətnamənin icrasına dair ətraflı hesabat təqdim edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv