BP TANAP-dakı payının 25 faizlik qeyri-nəzarət paketini satır

BP TANAP-dakı payının 25 faizlik qeyri-nəzarət paketini satır






presstv

"Presstv"az #Anadolu, #Avropa, #Azərbaycan, #Dollar, #Gürcüstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

bp Trans-Anadolu Qaz Boru Kəmərində (TANAP) 12 faizlik paya sahib olan törəmə şirkəti “BP Pipelines”ın 25 faizlik qeyri-nəzarət paketini “Apollo”ya satır.

presstvaz xəbər verir ki, bu barədə bp məlumat yayıb.

Sövdələşmənin dəyəri bir milyard dollar məbləğində qiymətləndirilir.

“Apollo” tərəfindən idarə olunan fondlar bp-nin Azərbaycan təbii qazının Türkiyə üzərindən Avropaya göndərildiyi TANAP qaz kəmərində 12 faiz paya sahib törəmə şirkəti olan “BP Pipelines”da qeyri-nəzarət səhmlər paketinin 25 faizini əldə edəcəklər. Bu sövdələşmədən əldə edilən gəlirlər bp-nin 20 milyard dollar həcmindəki aktivlərin xaric edilməsi proqramının maliyyələşdirilməsinə və digər gəlirlərə yönəldiləcək”, – məlumatda deyilir.

Bildirilir ki, sövdələşmə Britaniya şirkətinə TANAP-dakı payını monetizasiya etməyə imkan versə də, tamamlandıqdan sonra “BP Pipelines (TANAP) Ltd”nin nəzarət edən səhmdarı olaraq qalacaq. Sövdələşmənin tənzimləyici orqanların və TANAP səhmdarlarının təsdiqi şərti ilə 2025-ci ilin ikinci rübündə bağlanması gözlənilir.

Xatırladaq ki, Azərbaycan qazının TANAP vasitəsilə Türkiyəyə tədarükü 2018-ci ildə başlayıb. 1 805 kilometr uzunluğunda olan TANAP “Şahdəniz-2” yatağından Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə nəql edilməsi üçün nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv