Rusiya XİN: “ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz”

Rusiya XİN: “ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz”






presstv

"Presstv"az #ATƏT-in Minsk Qrupu, #Avropa, #Azərbaycan, #Bakı, #Ermənistan, #Fransa, #İrəvan, #Rusiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ATƏT-in Minsk Qrupu beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə söyləyib.

“Bunun bütün strukturları – hətta ümumiyyətlə, Minsk Konfransı, Minsk Qrupu, yüksəksəviyyəli planlaşdırma qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsindən danışsaq belə – ləğv edilməlidir”, – deyə o qeyd edib.

Zaxarova vurğulayıb ki, bu məsələ ilə bağlı qərar qəbul etməyin optimal yolu Bakı və İrəvanın qeyd olunan qurumların ləğvi ilə bağlı birgə təklifidir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, 2022-ci ildə qrupun amerikalı və fransız həmsədrləri sadəcə olaraq orada fəaliyyətini dayandırıblar:

“Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransanın iştirakı ilə keçirilən sammitdən sonra Ermənistan da Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu, 6 oktyabr 2022-ci ildə Praqada olub. Hər şeyə əlavə olaraq, 2023-cü ilin sentyabrında bölgədəki vəziyyət kəskin şəkildə dəyişib.

Müvafiq olaraq, Minsk Qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə vaxtilə ATƏT-in təsdiq etdiyi bu mandatı sadəcə olaraq aktuallığını itirib. Madam ki, bu qrupda iki həmsədr fəaliyyətini dayandırıb, üstəlik bütün yuxarıda qeyd olunan amillər də ortaya çıxıb, o zaman hansı ATƏT-in Minsk Qrupundan danışmaq olar?” – XİN rəsmisi sözlərini yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv