Xronika: “Sasani sarayında tayfaların iclasında ermənilərin köçkünlər olduğu təsdiqlənir”

Xronika: “Sasani sarayında tayfaların iclasında ermənilərin köçkünlər olduğu təsdiqlənir”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Deportasiya, #Ermənistan, #İlham Əliyev, #Kitab, #Müharibə, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Roma mənbələrində Armeniya köçkünlərin ərazisi kimi qeyd olunub” adlı veriliş hazırlanıb.

Verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə Roma və ərəb mənbələrində yazılan tarixi həqiqətlər haqqında danışıb.

O bildirib ki, romalılar işğal zamanı Armini ərazisini Armeniya kimi qeyd ediblər: “Armeniya dövlət kimi yox, coğrafi ərazi kimi göstərilirdi. Roma mənbələrində Armeniya köçkünlərin ərazisi kimi qeyd olunub. Romalılara qarşı müharibədə II Şapurun müttəfiqi Albaniya idi.

Onun sözlərinə görə, Sasanilərin müttəfiqləri albanlar, abdallar, axunlar idi: “II Şapur ermənilərin nümayəndələrinə bu əraziyə aid olmadıqlarını, ermənilərin Armini ərazisinə gəlmə olduqlarını, heç bir mənbədə onların adlarının olmadığını deyib. Sasani sarayında tayfaların iclasında ermənilərin Şərqə aid olmayan köçkünlər olduğu təsdiqlənir. Ərəb mənbələrinə Armini ifadəsi Ərməniyyə kimi düşüb”.

R.Əlizadə diqqətə çatdırıb ki, ermənilərin xristianlıq tarixi saxta və uydurmadır: “Ermənilər yunan keşişinin əhvalatını erməni kimi təqdim edir, yunan, parfiya keşişlərinin məzarını erməni tarixçilərinin məzarı kimi göstərirlər. Ruslar təsdiq edir ki, ermənilər Qafqaza gələn kimi yerə saxta kitabələr basdırıblar. Qərbi Azərbaycan tarixi haqqında ən qədim mənbələr mixi yazılı mənbələrdir. Altıncı əsr mənbələrində Cənub Qafqaz Azərbaycan ölkəsi kimi qeyd olunub”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv