Sumqayıtda qəzaya düşən ana-balanın son vəziyyəti AÇIQLANDI

Sumqayıtda qəzaya düşən ana-balanın son vəziyyəti AÇIQLANDI






presstv

"Presstv"az #Hadisə, #Nəqliyyat, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən gün səhər saatlarında Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

presstvaz bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan iki nəfərdən birinin vəziyyəti stabil, digərinin vəziyyəti ağır qiymətləndirilir.

“Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 18 mart saat 10:30-da Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına və Təcili Tibbi Yardım Xəstəxanasına 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) və 1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunublar.

Qamış sümüyünün üçdə bir yerdəyişən sınığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabildir, müalicəsi davam etdirilir.

Sol baldırın açıq yerdəyişən sınığı, qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən 1995-ci il təvəllüdlü şəxs isə Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün baş verən qəza nəticəsində üçüncü sinif şagirdi Nurlan Əmənli və anası Sevil Bağışova ciddi xəsarətlər alıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv