Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi

Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi






presstv

"Presstv"az #ABŞ, #Alkoqollu içkilər, #Araşdırma, #Dərman vasitələri, #diabet, #Həkim, #Mineral su, #Qida məhsulları, #Siqaret, #Stres, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elmi araşdırmalar enerji içkilərinin həddindən artıq qəbulunun sağlamlığa olduqca mənfi təsir etdiyini ortaya çıxarıb.

Enerji içkiləri stres, aqressiv davranışlar, alkoqol və siqaretdən istifadənin artması, yüksək qan təzyiqi, piylənmə və 2-ci tip diabet riski, keyfiyyətsiz yuxu və mədə qıcıqlanması kimi hallara gətirib çıxarır.

presstvaz-ın xəbərinə görə, bu içkilərin zərərləri barədə türkiyəli mütəxəssis, daxili xəstəliklər üzrə həkim Burak Can İHA-ya müsahibəsində danışıb.

“İnsanlar enerji içkilərindən əsasən performanslarını artırmaq üçün istifadə edirlər, lakin bu, bəzi risklər daşıyır. Xüsusilə uşaq və yeniyetmələrin bu içkilərdən istifadəsini tövsiyə etmirik. Tərkibində insanları oyaq saxlayan və güc verən bir maddə – kofein var. Həmçinin şəkər, taurin, B vitaminləri mövcuddur. ABŞ Qida Məhsulları və Dərman Vasitələrinə Nəzarət İdarəsi (FDA) gündə 4 milliqramdan artıq kofein istehlak edilməsini tövsiyə etmir”, – deyə Burak Can bildirib.

Onun sözlərinə görə, enerji içkiləri həddindən artıq istehlak edilməməlidir.

“Bu içkiləri insanlara tövsiyə etmirik. Kofein səbəbi ilə aritmiya (ürək döyüntüsünün pozulması) və həzm pozğunluqları kimi şikayətlər ortaya çıxa bilər. Xüsusilə ürək, böyrək və şəkər xəstələrinin bu içkilərdən uzaq durması lazımdır”, – deyə mütəxəssis qeyd edib.

Burak Can enerji içkilərinin yayda sərinləmək üçün istehlak edildiyinə baxmayaraq, sərinləşdirici təsirinin olmadığını vurğulayıb.

“Enerji içkilərinin sərinləşdirici təsiri olduğu düşünülür. Ancaq bu məhsullar maye itkisinə səbəb olduğu üçün sərinlik gətirmir. Enerji içkiləri suyun yerini tuta bilməz. Əksinə, enerji içkisini qəbul etdiyiniz zaman maye itkisinə səbəb olduğu üçün daha çox su içmə ehtiyacı yaranır”, – deyə o əlavə edib.

Həkimin sözlərinə görə, həmçinin enerji içkilərinin alkoqollu içkilərlə birlikdə qəbul edilməsi də doğru deyil.

“Alkoqol yuxugətirici, enerji içkisi isə stimullaşdırıcı təsir göstərir. Bu halda da fərqində olmadan həddindən artıq alkoqol qəbul edilə bilər. Müntəzəm olaraq və ya hər gün istifadə edildikdə enerji içkiləri asılılıq yaradır. Performansı artırmaq və ya oyaq qalmaq üçün enerji içkiləri yerinə mineral su və qəhvə istehlak edilə bilər. Lakin hər içkidə olduğu kimi, onların da həcminə diqqət edilməlidir. Bir fincan türk qəhvəsində təxminən 60-65 milliqram kofein, 1 böyük fincan filtrlənmiş qəhvədə isə təxminən 115-175 milliqram kofein var. Buna uyğun olaraq nə qədər içməli olduğunuzu hesablaya bilərsiniz. Mineral su gündə 1-2 şüşə olmaqla istehlak edilə bilər. Bu tövsiyələr sağlam yetişkin insanlar üçündür. Xroniki xəstəlikləri olanlara, hamilə qadınlara və uşaqlara həkimləri ilə məsləhətləşdikdən sonra istifadə etmələrini tövsiyə edirik”, – deyə Burak Can bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv