Bakı Bulvarında Novruz bayramıı yarmarkası təşkil olunub

Bakı Bulvarında Novruz bayramıı yarmarkası təşkil olunub






presstv

"Presstv"az #Azneft, #Bakı, #Novruz bayramı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Bulvarı Novruz bayramına xüsusi hazırlaşıb.

presstvaz xəbər verir ki,bunu Trend-ə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.

O bildirib ki, Novruz Bayramı günlərində Bakı Bulvarı şəhər sakinlərinin və turistlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilir.

“Dənizkənarı Bulvar İdarəsi bu il də bayrama özəl hazırlıqlar görərək ərazini Novruzun ruhuna uyğun şəkildə hazırlayıb.

Bu dəfə bayram tərtibatı ənənəvi məkanda deyil, fərqli istiqamətdə, lalələrin xüsusi kompazisiya ilə əkildiyi yerə yaxın gəzinti zolağında qurulub. Azneft dairəsindən Qız Qalasına qədər olan hissə Novruz atributları ilə zənginləşdirilib. Burada bayramın rəmzi olan səməni, dörd çərşənbəni simvolizə edən gəlinciklər, milli ornamentlərlə bəzədilmiş dekorativ kompozisiyalar, rəngarəng güllər, işıq instalasiyaları, şirniyyat elementləri və digər Novruz simvolları quraşdırılıb”.

Ə. Mehdiyeva onu da vurğulayıb ki, Bakı Bulvarında təşkil olunan bayram yarmarkası da ziyarətçilərə xüsusi atmosfer bəxş edir.

“Burada Novruza məxsus ləziz təamlarla yanaşı, tətbiqi sənət nümunələri, milli suvenirlər və əl işləri də təqdim olunur”,- deyə o qeyd edib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv