Evində ölü tapılan Hollivud ulduzu milyonluq sərvətini övladlarına miras qoymayıb

Evində ölü tapılan Hollivud ulduzu milyonluq sərvətini övladlarına miras qoymayıb






presstv

"Presstv"az #Aktyor, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hollivud aktyoru Cin Hekman çoxmilyonluq sərvətindən övladlarına heç nə miras qoymayıb.

presstvaz xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Hekmanın əmlakı 80 milyon dollar dəyərində qiymətləndirilir. Ulduzun agentinin dərc etdiyi vəsiyyətə görə, o, bütün pul və var-dövlətini həyat yoldaşı, pianoçu Betsi Arakavaya qoyub. Sənəddə onun uşaqları – Kristofer, Elizabet və Leslinin adı çəkilməyib.

Arakavanın vəsiyyətnaməsində isə qeyd olunub ki, əri ondan artıq yaşamasa belə, onun bütün əmlakı şəxsi nümayəndəsinin idarəçiliyinə verilməlidir. Nümayəndə onun son vəsiyyətinə əsasən, pulu xeyriyyəçilik məqsədləri üçün istifadə etməlidir.

Cütlüyün 3.8 milyon dollarlıq, 800 kvadratmetrlik evinin necə bölünəcəyi məlum deyil.

Hekmanın böyük oğlu Kristofer artıq öz hüquqlarını müdafiə etmək üçün miras məsələləri üzrə ixtisaslaşmış təcrübəli vəkil ilə müqavilə bağlayıb.

Xatırladaq ki, cütlük fevralın sonlarında evlərində cansız vəziyyətdə tapılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv