Rusiyada naməlum şəxs uşaq bağçasında odlu silahdan atəş açdı: Yaralanan var

Rusiyada naməlum şəxs uşaq bağçasında odlu silahdan atəş açdı: Yaralanan var






presstv

"Presstv"az #Hadisə, #Odlu silah, #Rusiya, #Uşaq bağçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada naməlum şəxs uşaq bağçasında odlu silahdan atəş açıb.

presstvaz-ın “112 Telegram” kanalına istinadla məlumatına görə, hadisə Yeni Moskvada yerləşən “Bilingual Kids Academy”də qeydə alınıb.

Hücum nəticəsində uşaq bağçasının əməkdaşı ayağından yaralanıb. Uşaqlar xəsarət almayıblar.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

“SHOT” “Telegram” kanalının məlumatına görə, atəşi uşaqlardan birinin atası açıb. O, boşanmaqda olduğu həyat yoldaşı ilə uşaq bağçasında qarşılaşıb.

Sonra qısqanc kişi keçmiş həyat yoldaşının sevgilisinin ayağına atəş açıb və sakit şəkildə skamyada oturaraq polisin gəlməsini gözləyib.

Yaralı aldığı xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib, həyatına təhlükə yoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv