Castin Biber Avropaya “qaçmaq” istəyir

Castin Biber Avropaya “qaçmaq” istəyir






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Dollar, #Fransa, #Günəş, #İspaniya, #İspaniyanın, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur ABŞ-li müğənni Castin Biber həyat yoldaşı Heyli ilə birlikdə ABŞ-dəki “dəlilikdən qaçmaq” üçün Avropada villa almaq ehtimalını nəzərdən keçirir.

presstvaz-ın xəbərinə görə, bu barədə “The U.S. Sun” nəşri insayderlərə istinadən məlumat verib.

Mənbənin verdiyi məlumata görə, Biberlər Avropada “günəş altında sakit bir yer” tapmaq üçün rieltor tutublar. Onlar, həmçinin ABŞ-dən kənarda daha çox vaxt keçirməkdə maraqlı olduqlarını bildiriblər.

“Onlar daha sadə həyatdan həzz almaq istəyirlər. Sakit mühitdə münasibətlərini bərpa etmək üçün daha yavaş həyat tempi ilə yaşamaq istəyirlər”, – deyə insayder bildirib.

Onun sözlərinə görə, Castin Biber Avropa ölkəsində “əla havası olan, kənd ərazisində yerləşən və sakit mühitə malik” mülk axtarır. Onun seçimləri arasında İspaniya, Yunanıstan və Fransanın cənubunda 5.6 milyon dollardan 18.5 milyon dollara qədər olan villalar var.

Biberlərin ən bahalı potensial gələcək evi, “The Sun”ın yazdığına görə, Fransanın lacivərd sahillərində yerləşir. Bu, lifti və nəfəskəsən mənzərələri olan üçmərtəbəli malikanədir. Cütlük, həmçinin Yunanıstanın Mikonos adasında səkkiz yataq otağı olan villa və ya İspaniyanın Mayorka şəhərində 6.1 milyon dollara ev almağı da nəzərdən keçirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv