Kreml ABŞ nümayəndəsini sülh danışıqlarından kənarlaşdırdı

Kreml ABŞ nümayəndəsini sülh danışıqlarından kənarlaşdırdı






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Münaqişə, #Rusiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Ukrayna, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq münaqişənin dayandırılması ilə bağlı Moskva ilə yüksəksəviyyəli danışıqlardan kənarlaşdırılıb. Bu, Kremlin onun iştirakını istəmədiyini bildirməsindən sonra baş verib.

presstvaz-ın məlumatına görə, bu barədə “NBC News” telekanalına ABŞ Administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Kelloq Ukraynaya həddindən artıq yaxındır.

“Bizim adamımız deyil, axtardığımız kalibrə uyğun deyil”, – deyə bu məsələ ilə bağlı açıq danışmağa səlahiyyəti olmayan rəsmi şəxs əlavə edib.

Qeyd edək ki, istefada olan general-leytenant Kit Kelloq danışıqların onun səlahiyyətlərinə daxil olmasına baxmayaraq Səudiyyə Ərəbistanında biri Rusiya rəsmiləri ilə, digəri isə ukraynalılarla keçirilən son iki sammitdə iştirak etməyib.

Daha əvvəl Kelloq Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsini və ABŞ tərəfindən silahlandırılmasını dəstəkləyirdi. Onun fikrincə, bu, Rusiyanın atəşkəs və ya sülh sazişindən sonra daha irəli getməyəcəyinə və yenidən hücum etməyəcəyinə zəmanət verməli idi.

80 yaşlı Kelloq ABŞ prezidentinin qətiyyətli tərəfdarıdır. O, Trampın ilk müddətində müxtəlif vəzifələr tutub, o cümlədən vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv