Baş nazir: “İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib”

Baş nazir: “İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib”






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Əli Əsədov, #İlham Əliyev, #İşğaldan azad olunmuş ərazilər, #Mehriban Əliyeva, #Məcburi köçkün, #Milli Məclis, #Naxçıvan Muxtar Respublikası, #Nəqliyyat, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bütün sahələrdə bərpa-quruculuq işləri uğurla davam edir”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10 200-dən çox keçmiş məcburi köçkün (2 615 ailə) artıq evlərlə təmin edilib və orada yaşayırlar:

“Ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar. Bununla yanaşı keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilib. İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir. Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17.6 milyard manat vəsait ayrılıb, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat, 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan ərazisində kənd təsərrüfatı məhsulları istehsalı və emalının inkişafı, elektrik enerjisi istehsalının, ticarətin və sənayenin inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması, nəqliyyat-tranzit potensialının artırılması istiqamətində layihələr həyata keçirilib. Martın 5-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Iğdır-Naxçıvan qaz kəmərinin açılışını xüsusi qeyd etmək istərdim. Mühüm əhəmiyyətə malik bu layihə Naxçıvanın enerji təhlükəsizliyini və təminatını daha da gücləndirəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv