Mərdəkan sakinləri qorxu içində: “Gecələr yata bilmirik”

Mərdəkan sakinləri qorxu içində: “Gecələr yata bilmirik”






presstv

"Presstv"az #Antisanitar vəziyyət, #Bakı, #Hakim, #Həkim, #Xəzər Rayon İcra Hakimiyyəti, #Xəzər rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Hacı Zeynalabdin küçəsi, Giriş 275 ünvanında yaşayan sakinlər qonşuları Anar Həkimzadənin həyətində çox sayda it saxlaması, antisanitariya qaydalarına riayət etməməsi və itlərin səs-küyünə görə ondan şikayətçidirlər.

Deyirlər ki, məsələ ilə bağlı irad bildirsələr də, qonşu Anar Həkimzadə onlara hədə-qorxu gəlir.

“Burada 30-dan çox it var. Antisanitariya şəraitində yaşayırıq, gecələr yata bilmirik. Azyaşlı uşağım var, dəfələrlə səsə oyanır. Qorxu içində yaşayırıq, hər an hücum ola bilər. Anar bəy bizi təhdid edərək deyir ki, sizi məhkəməyə verəcəyəm, hara istəyirsinizsə, şikayət edin”, – deyə şikayətçi bildirib.

Anar Həkimzadə isə deyir ki, bir dəfə cərimə olunduqdan sonra hərəkətlərinin yanlış olduğunu anlayıb. O, qonşuların məsələni çox şişirtdiyini söyləyib.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemlə bağlı Daxil İşlər Nazirliyinə (DİN) müraciət olunmalıdır.

DİN-dən isə qeyd edilib ki, sözügedən ünvanda antisanitariya qaydalarını pozan şəxs barəsində qanunvericiliyə uyğun protokol tərtib edilib və antisanitar vəziyyət polisin müşayiəti ilə aradan qaldırılıb.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv