Erməni general: “Daşnak” taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi”

Erməni general: “Daşnak” taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Hərbi Məhkəməsi, #Ermənistan, #Livan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Martın 13-də Bakı Hərbi Məhkəməsində hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin davam edən məhkəmə prosesində Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş “Şuşi” xüsusi hərbi batalyonunun komandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.

presstvaz xəbər verir ki, D.Manukyan suallara cavabında J.Səfilyanın Livanın paytaxtı Beyrut şəhərində doğulduğu barədə məlumatsız olduğunu bildirərək deyib: “O, “Qərbi Ermənistan”dan gəlmişdi, amma Ermənistan vətəndaşı idi”.

D.Manukyan Qarabağda Azərbaycana qarşı vuruşmuş “Daşnak” adlandırılan taborun dəstələrdən ibarət olduğunu bildirib. “Dəstələrdə Qarabağdan olanlar və Ermənistan vətəndaşları var idi”, – deyə o əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv