Gün ərzində neçə saat televizor izləmək təhlükəsizdir? – Alimlərdən AÇIQLAMA

Gün ərzində neçə saat televizor izləmək təhlükəsizdir? – Alimlərdən AÇIQLAMA






presstv

"Presstv"az #Araşdırma, #Böyük Britaniy, #Böyük Britaniya, #diabet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnfarkt, insult və aterosklerozdan qorunmaq üçün televizor izləmə müddətini gündə bir saatla məhdudlaşdırmaq lazımdır.

presstvaz-ın xəbərinə görə, bu qənaətə Honq Konq Universitetindən olan alimlər gəliblər və araşdırma nəticələri “Journal of the American Heart Association” jurnalında dərc olunub.

Ateroskleroz damarların divarlarında yağlı “lövhələrin” əmələ gəlməsi nəticəsində inkişaf edir. Damarların daralması və belə bir “lövhə”nin qopması ürək xəstəlikləri, insult və periferik arteriya xəstəliklərinə yol aça bilər.

2-ci tip şəkərli diabet və oturaq həyat tərzi aterosklerotik ürək-damar xəstəlikləri üçün əsas risk faktorlarıdır. İnsanlar xüsusən də oturaq vəziyyətdə televizor izləməklə çox vaxt keçirirlər.

Sağlamlığa zərər vermədən televizor izləməyin nə qədər mümkün olduğunu müəyyənləşdirmək üçün alimlər 2-ci tip şəkərli diabetə müxtəlif genetik meyilləri olan 346 916 Böyük Britaniya vətəndaşının iştirakı ilə araşdırma aparıblar. Hər bir könüllü üçün 138 genetik variant əsasında diabetin inkişafı üzrə poligenik risk indeksi hesablanıb.

Araşdırma nəticələri göstərib ki, gündə iki saatdan çox televizor qarşısında vaxt keçirənlər aterosklerotik ürək-damar xəstəliklərindən 12% daha çox əziyyət çəkirlər. Bu təsir, diabetin inkişafı üzrə genetik riskdən asılı olmayaraq müşahidə edilib.

Həmçinin müəyyən olunub ki, şəkərli diabetə meyilli olan iştirakçılarda, gündə bir saatdan çox televizora baxmadıqları təqdirdə, aterosklerozun inkişaf riski artmayıb.

Alimlər bildiriblər ki, oturma müddətinin azaldılması ictimai sağlamlığın yaxşılaşdırılması üçün mühüm vasitədir. Belə faydalı vərdişlər “pis genetikanın” mənfi təsirini neytrallaşdıra bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv