Halit Ergenç və Rıza Kocaoğlu məhkəməlik oldular: 4 ilə qədər həbsləri istənildi






presstv

"Presstv"az #Aktyor, #Ayşe Barım, #Bergüzar Korel, #Ceyda Düvenci, #Dolunay Soysert, #Haber Global, #Hadisə, #Halit Ergenç, #İstanbul, #Mehmet Günsür, #Nehir Erdoğan, #Nejat İşler, #Rıza Kocaoğlu, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə bir çox məşhurların meneceri olan Ayşə Barımla bağlı “Gezi” istintaqında şahid kimi ifadə verən məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun işi məhkəməyə göndərilib. “Muhteşem Yüzyıl”ın ulduzu üçün 2 ildən 4 ilə qədər həbs cəzası tələb olunur.

presstvaz bu barədə “Haber Global”a istinadla xəbər verib.

Bildirilir ki, Ergençə qarşı Ayşe Barım məhkəməsində “yalançı şahidlik” maddəsi ilə ittihamnamə hazırlanıb və qiymətləndirilmək üçün İstanbul Cəza Məhkəməsinə göndərilib.

Aktyorun özü bununla bağlı açıqlama verməyib.

Xatırladaq ki, ötən günlərdə Ayşe Barım haqqında “Gezi Parkı” etirazlarının planlaşdırıcılarından olduğu iddiası ilə istintaq başladılıb. Onun menecerlik etdiyi səkkiz aktyor, o cümlədən Halit Ergenç, Bergüzar Korel, Nehir Erdoğan, Dolunay Soysert, Rıza Kocaoğlu, Mehmet Günsür, Ceyda Düvenci və Nejat İşler şahid qismində ifadə veriblər. Onların arasında Halit Ergenç və Rıza Kocaoğlu haqqında “yalançı şahidlik” ittihamı ilə istintaq başlanılmışdı. Adıçəkilən aktyorlar müstəntiqlərə “Gezi Parkı” etirazlarına öz iradələri ilə qatıldıqlarını söyləmələrinə baxmayaraq, hadisələr başladığı dövrdə Barım ilə sıx əlaqədə olduqları müəyyən edilib. Bununla yanaşı, onların Barımı qorumaq məqsədilə yalan ifadə verdikləri vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv