Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır

Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Bakı, #İnzibati Xətalar Məcəlləsi, #Nəqliyyat, #Taksi fəaliyyəti, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, “Bolt” taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər bildiriblər ki, sözügedən məsələ ilə bağlı xeyli şəxs işdən çıxarılıb.

Adıçəkilən taksi şirkətindən “Xəzər Xəbər”ə bildrilib ki, buna səbəb həmin sürücülərin təlim sertifikatlarında uyğunsuzluqların aşkarlanmasıdır.

Lakin sertfikasiyadan keçən sürücülər də vəziyyətdən narazıdırlar. Qoyulan qaydalarla işləyən taksilərdə qiymətlərin artacağını düşünən sürücülərin bu gözləntiləri özünü doğrultmayıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd olunan uyğunsuzluqlarla bağlı sürücülərə yox, şirkətlərə xəbərdarlıq edilir. Tələbə görə, taksi sifarişi operatorları icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər.

Bunu edən taksi operatorları üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr nəzərdə tutulub. Həmçinin qeyd edilib ki, bu günə kimi 40 minə yaxın taksi sürücüsü təlimə cəlb olunub.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv