ABŞ və Rusiya nümayəndələri Səudiyyə Ərəbistanında görüşəcəklər

ABŞ və Rusiya nümayəndələri Səudiyyə Ərəbistanında görüşəcəklər






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Jurnalistlər, #Rusiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Ukrayna, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ rəsmiləri bu həftə Səudiyyə Ərəbistanında təkcə Ukrayna rəsmiləri ilə deyil, həm də Rusiya nümayəndələri ilə görüşəcəklər.

presstvaz xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Tramp administrasiyasının yüksəkvəzifəli rəsmiləri bu həftə Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna rəsmiləri ilə ayrı-ayrılıqda görüşəcəklər”, – deyə telekanal bildirib.

Danışıqlarda kimin iştirak edəcəyi dəqiqləşdirilməyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı vacib görüşlərin keçiriləcəyini və bu görüşlərin həm də Rusiya ilə əlaqəli olacağını bildirmişdi.

“Hesab edirəm ki, bu həftə əhəmiyyətli irəliləyiş əldə edəcəyik”, – deyə Tramp vurğulayıb.

Bundan əvvəl “Axios” portalının müxbiri Barak Ravid ABŞ və Ukrayna nümayəndə heyətlərinin keçiriləcək görüşdə Rusiya ilə Ukrayna arasında atəşkəs elan edilməsinin mümkünlüyünü müzakirə edəcəklərini bildirmişdi. Məlumata görə, görüş 12 mart, çərşənbə günü Ciddə şəhərində baş tutacaq. ABŞ-nin dövlət katibi Marko Rubio görüşdə iştirak edəcək ABŞ rəsmiləri arasında yer alır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv