Misli Premyer Liqası: XXVI tura iki görüşlə yekun vurulacaq

Misli Premyer Liqası: XXVI tura iki görüşlə yekun vurulacaq






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Neftçi, #Premyer Liqası, #Şamaxı, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Misli Premyer Liqasıda XXVI turun son oyun günündə iki görüş keçiriləcək.

presstvaz xəbər verir ki, “Sumqayıt” “Kəpəz”i saat 17:00-da, “Neftçi” isə “Turan Tovuz”u saat 19:30-da qəbul edəcək.

Xatırladaq ki, turun ilk oyunlarında “Zirə” “Səbail”i, “Şamaxı” “Sabah”ı 1:0, “Qarabağ” isə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hazırda aktivində 63 xalı olan “Qarabağ” bütün rəqiblərini qabaqlayaraq turnir cədvəlinin lideridir. “Zirə” 51 xalla ikinci, “Araz-Naxçıvan” isə 46 xalla üçüncüdür. 42 xalı olan “Turan Tovuz” dördüncü sırada qərarlaşıb. Beşinci pillədəki “Sabah”ın 34 xalı var. Hərəyə 27 xalı olan “Neftçi” və “Şamaxı” altıncı və yeddinci yerləri bölüşür. Hərəyə 22 xalı olan “Sumqayıt” və “Kəpəz” isə səkkizinci və doqquzuncu sıralardadır. 18 xalı olan “Səbail” isə turnir cədvəlinin 10-cusu, yəni sonuncusudur.

10 mart

Misli Premyer Liqası

XXVI tur

Saat 17:00, “Suqmayıt” – “Kəpəz”;

Saat 19:30, “Neftçi” – “Turan Tovuz”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv