ABŞ-də uşaqlara 312 milyon dollarlıq kredit verilib

ABŞ-də uşaqlara 312 milyon dollarlıq kredit verilib






presstv

"Presstv"az #ABŞ, #Dollar, #İlon Mask

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də 2020-2021-ci illərdə Kiçik Biznes Administrasiyasının (SBA) uşaqlara 312 milyon dollar məbləğində kredit verdiyi məlum olub.

presstvaz xəbər verir ki, bu barədə milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

“Kiçik Biznes Administrasiyası, siyahıya alınmış yeganə sahibləri yaşı 11 və ondan aşağı olan borcalanlara 312 milyon dollar dəyərində 5 593 kredit verib”, – yazıda qeyd olunub.

Departamentdə etiraf ediblər ki, belə bir yaşda borcalanların olmağı mümkün olsa da, lakin 5.5 min əməliyyatın hamısının bu kateqoriyaya aid olacağına şübhə ediblər. Bundan başqa, bəzi hallarda sənədlərdə yanlış adlar qeyd olunub. DOGE və SBA problemi həll etməyə çalışırlar.

Dörd gün əvvəl məlum olub ki, SBA 115 yaşdan yuxarı şəxslərə iki il ərzində cəmi 333 milyon dollar məbləğində kredit verib. Məsələn, 157 yaşında olduğu iddia edilən şəxs 36 min dollar kredit alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv