Qaldırıcı krana çıxıb intihar etmək istəyən şəxs xilas edildi – ANBAAN GÖRÜNTÜLƏR

Qaldırıcı krana çıxıb intihar etmək istəyən şəxs xilas edildi – ANBAAN GÖRÜNTÜLƏR






presstv

"Presstv"az #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İntihara cəhd hadisəsinin qarşısı alınıb.

Bu barədə presstvaz-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Bildirilib ki, bir nəfər vətəndaş paytaxtın Nizami rayonu ərazisində qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib.

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Nicat Mübariz oğlu Şəmiyev qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılmaqla xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o, intihar etmək niyyətindən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv