“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib






presstv

"Presstv"az #Jurnalistlər, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Nar” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər üçün xüsusi bir tədbir təşkil edib. Media nümayəndələri üçün təşkil olunan gil sənətkarlığı master-klassında iştirakçılar öz baxışlarını sənətə çevirməklə fərqli sənət əsərləri hazırlayıblar.

Tədbirin məqsədi jurnalistlər üçün yaradıcı bir mühit yaratmaq, onları gündəlik iş rejimindən ayıraraq sənətin və incəsənətin ilhamverici gücündən faydalanmalarına şərait yaratmaq olub. “Nar” bu təşəbbüslə media nümayəndələrinin yaradıcı potensialını dəstəkləməklə yanaşı, eyni zamanda onların bu xüsusi gününü özünəməxsus bir tərzdə təbrik edib.

“Nar” hər zaman medianın inkişafına töhfə verməyə, jurnalistlərin peşəkar fəaliyyətini dəstəkləməyə önəm verir və bu istiqamətdə müxtəlif təşəbbüsləri davam etdirir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında nar.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2.2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv