Rüşvət alan sabiq vəzifəli şəxs həbsdən buraxıldı

Rüşvət alan sabiq vəzifəli şəxs həbsdən buraxıldı






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Hakim, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə, #Xərçəng xəstəliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəis müavini və baş mühəndisi Mehman Haşımovun məhkəmə araşdırması başa çatıb.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məlumat üçün deyək ki, Mehman Haşımov sakinlərdən biri tərəfindən inşa edilmiş yaşayış binasının su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulması müqabilində 3 000 manat rüşvət alıb.

Məhkəmə istintaqının sonunda prokuror təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə verilmiş ittihamdan imtina edib, onun 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzalandırılmasını istəyib.

İş materiallarına əlavə edilmiş sənəddə göstərilib ki, təqsirləndirilən şəxs xərçəng xəstəliyindən əziyyət çəkir. Bundan əlavə, ailə şəraiti ilə bağlı əməlini yüngülləşdirən hallar var. Rasim Sadıqovun sədrlik etdiyi hakimlər qeyd olunan halları nəzərə alıb.

Hökmə əsasən, Mehman Haşımova beş il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəza sınaq müddəti seçilməklə şərti hesab edilib və Haşımov məhkəmə zalında həbsdən azad edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv