Bethovenin saçları bəstəkar barədə 200 illik sirrə aydınlıq gətirdi

Bethovenin saçları bəstəkar barədə 200 illik sirrə aydınlıq gətirdi






presstv

"Presstv"az #ABŞ, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alman bəstəkarı Lüdviq van Bethovenin saçlarında tapılan qurğuşun onun sağlamlığının pisləşməsinə səbəb olan mümkün amil ola bilər.

presstvaz-ın məlumatına görə, bu barədə ZDF telekanalı Kembric Universiteti rəhbərliyindəki beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatı əsas götürərək xəbər verib.

Bəstəkar eşitmə itkisindən, mədə spazmlarından, şişkinlikdən və ishaldan əziyyət çəkirdi, lakin bu narahatlıqların səbəbləri 200 ildən çox müddət ərzində sirr olaraq qalmışdı. Bu boşluğu doldurmaq məqsədilə tədqiqatçılar Bethovenin iki orijinal saç telini araşdırıblar və təhlil üçün ABŞ-nin Mayo Klinikasında aparılan analizlərdən istifadə ediblər. Tədqiqatda kiçik miqdarda materialdan istifadə olunub: saçlar yuyulub, qurudulub və azot turşusuna batırılıb.

Nəticələr göstərib ki, bəstəkarın saçlarında tapılan qurğuşun səviyyəsi müasir normalardan əhəmiyyətli dərəcədə yüksək olub. Laboratoriya direktoru Pol Canetto bildirib ki, bu, bəstəkarda mədə ağrıları və həzm problemləri ilə əzab çəkməsinin səbəbi ola bilər.

Qeyd edilir ki, qurğuşun zəhərlənməsi XIX əsrdə geniş yayılmışdı. Toksikologiya tarixçisi Ronen Lebşteyn izah edib ki, qurğuşun müxtəlif gündəlik əşyalarda və ucuz şərablarda mövcud idi. Məlumdur ki, Bethoven gündə bir şüşə şərab içirdi, bu da onun bədənində qurğuşun yığılmasına səbəb ola bilərdi.

Bununla belə, bəzi tədqiqatçılar qurğuşunun Bethovenin eşitmə itkisininin tək səbəbi olaraq göstərməyə şübhə ilə yanaşırlar, çünki eşitmə problemləri artıq 27 yaşında başlayıb, analiz edilən saçlar isə bəstəkarın həyatının daha sonrakı dövrünə aiddir.

Canetto bildirib ki, yaş keçdikcə bədənin içində qurğuşun miqdarı artaraq, bəstəkarın vəziyyətinin pisləşməsinə səbəb ola bilərdi. Lakin bütün xəstəliklərinin və ölüm səbəblərinin tam təsdiqlənməsi yalnız onun cəsədinin ekshumasiya edilməsi ilə mümkün ola bilər ki, bu isə hazırda mümkün deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv