Lukaşenko: “Trampı, Putini və Zelenskini Minskdə gözləyirəm”

Lukaşenko: “Trampı, Putini və Zelenskini Minskdə gözləyirəm”






presstv

"Presstv"az #ABŞ, #Aleksandr Lukaşenko, #Belarus, #Co Bayden, #Kiyev, #Rusiya, #təyyarə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk şəhərinin Rusiya, ABŞ və Ukrayna prezidentlərinin danışıqlarını təşkil etməyə hazır olduğunu bildirib.

presstvaz-ın “BelTA-ya” istinadən verdiyi məlumata görə, o, bu fikirləri amerikalı bloqer Mario Naufala verdiyi müsahibədə səsləndirib.

“İndi Zelenskini hər necə olsa da, sıxışdırmaq lazım deyil. Onu razı salmaq, anlaşmaq lazımdır, çünki Zelenskinin arxasında Ukrayna cəmiyyətinin böyük bir hissəsi dayanır. Ona görə də danışmaq lazımdır. İstəyirsinizsə, buyurun, gəlin. Baxın, Belarus sərhədindən Kiyevə cəmi 200 km var. Təyyarə ilə yarım saatlıq yoldur. Gəlin, burada oturaq. Sakitcə, səs-küysüz, qışqırıq olmadan razılaşaq. Ona görə də Trampa çatdırın: mən onu burada Putin və Zelenski ilə birlikdə gözləyirəm. Oturaq və sakit şəkildə razılığa gələk. Əgər razılaşmaq istəyirsinizsə”, – deyə Lukaşenko bildirib.

A.Lukaşenko hesab edir ki, Tramp sələfi Co Baydendən daha müstəqil prezidentdir.

“O, hətta səhv də olsa, özü qərar verə bilir. Bayden isə qərar qəbul etmirdi. Ona deyirdilər “zəng etmə”, o da zəng etmirdi. Ona dedilər “Putini diktator adlandır”, o da onu diktator adlandırdı”, – deyə Lukaşenko bildirib.

O həmçinin ehtimal edib ki, Baydenin prezidentliyi dövründə hərbi sənaye nümayəndələri öz maraqlarını fəal şəkildə irəli sürüblər.

“Bayden xarakterinə və fiziki vəziyyətinə görə müqavimət göstərə bilmirdi, Tramp isə müqavimət göstərə bilir. Məsələ bundadır”, – deyə Lukaşenko fikrini yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv