Azərbaycan Memarlar İttifaqı VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsini elan edib

Azərbaycan Memarlar İttifaqı VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsini elan edib






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İlk dəfə 2013-cü ildə Azərbaycan Memarlar İttifaqının təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə təsis edilən Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə start verildiyini elan edib.

Bu ilin mart ayının birindən start götürən müsabiqəyə təqdim olunan əsərlər dünyanın müxtəlif regionlarından xüsusi dəvət olunmuş mötəbər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yekunlar bu ilin oktyabr ayının əvvəlində elan olunacaq.

Qeyd edək ki, 12 il ərzində Bakı Beynəlxalq Memarlıq Müsabiqələrində dünyanın 53 ölkəsindən ümumilikdə 1250 memar iştirak edib. Bu illər ərzində müsabiqənin reytinqi yüksəlib, coğrafiyası genişlənib, müsabiqə dünyanın müxtəlif qitələrində çalışan memarların diqqətini cəlb etməyə başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv