Elmar Məmmədyarov: “Adıma çıxan şirkəti tapan adama Ramazan hədiyyəsi edəcəyəm”

Elmar Məmmədyarov: “Adıma çıxan şirkəti tapan adama Ramazan hədiyyəsi edəcəyəm”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Dollar, #Rusiya, #Rusiya XİN, #Sergey Lavrov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla şərikli bizneslərinin olduğu ilə bağlı məlumatlar yayılıb.

İddiaya görə, Lavrovun Rusiyada nəhəng biznes şəbəkəsi var. O, konsulluqlara xidmət edən şirkətlərə sahibdir. Həmin şirkətlərin illik dövriyyəsi 600 milyon dollardan yuxarıdır. Üstəlik, Məmmədyardov nazir olduğu dövrdə əsas yatırımlarını Rusiya XİN rəhbərinin şirkətlərinə yönəldib və oradan böyük gəlir götürüb.

presstvaz xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb.

Sabiq nazir məlumatı gülüşlə qarşılayıb və bildirib ki, informasiyanı yayan adamlar araşdırmalarını sona qədər aparsalar, yaxşı olar:

“Mənə bağlılığı olan hər hansı şirkəti aşkar etsələr, həmin şirkəti tapan adama bağışlayacağam. Yazırlarsa, deməli əllərində fakt var. Lap yaxşı, qoy o faktın axırına qədər getsinlər, tapsınlar və qazansınlar. Söz verirəm ki, adıma çıxan şirkəti tapan adama Ramazan hədiyyəsi edəcəyəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv