Ağ Ev razılıq almadan terrorçulara hava zərbələri endirməyə icazə verdi

Ağ Ev razılıq almadan terrorçulara hava zərbələri endirməyə icazə verdi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Co Bayden, #Donald Tramp, #Meksika

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası yüksəkrütbəli hərbçilərə rəsmi şəkildə terrorçu kimi tanınmış hədəflərə Ağ Evin icazəsi olmadan hava zərbələri endirmək barədə qərar qəbul etməyə imkan verən yeni qaydaları təsdiqləyib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Military Times” portalı adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat verib.

Onun sözlərinə görə, silahlı qüvvələrin qərarların qəbul edilməsində səlahiyyətlərinin və muxtariyyətinin genişləndirilməsi terrorizmlə mübarizənin effektivliyinin artırılması üçün zəruri idi. Adının açıqlanmasını istəməyən Müdafiə Nazirliyi rəsmisi qeyd edib ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası hərbi komandanlığın fəaliyyət azadlığını həddindən artıq məhdudlaşdırıb və bu da terror təhdidlərinə ləng reaksiya verilməsinə gətirib çıxarıb.

Portal qeyd edir ki, ABŞ Silahlı Qüvvələrinin aviazərbələri ilə bağlı məhdudiyyətlərin yumşaldılması ölkə hərbçilərinin Meksika ilə sərhədə göndərilməsi və Tramp administrasiyasının terrorizmlə mübarizə səylərinin ümumilikdə intensivləşməsi fonunda baş verir.

“Bir sıra narkokartellərin xarici terror təşkilatları kimi tanınması yeni qaydalarla birlikdə hərbi komandanlığa imkan verir ki, sadələşdirilmiş qərar qəbuletmə proseduru çərçivəsində onlara zərbələr endirsin”, – portalın mənbəsi izah edib.

Pentaqon bu yeniliklərlə bağlı rəsmi açıqlama dərc etməyib. “Military Times”ın müvafiq sorğusuna cavab olaraq, Pentaqonun Mətbuat Xidməti müdafiə naziri Pit Heqsetin “X” hesabında yazdığı təsdiqləyici şərhə istinad edib. Bu şərh isə Tramp administrasiyasının hava hücumları və xüsusi əməliyyatlar üçün qaydaları yüngülləşdirməsi ilə bağlı “CBS News”un paylaşımına cavab olaraq yazılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv