2025-ci ilin ilk Ay tutulmasının vaxtı AÇIQLANDI

2025-ci ilin ilk Ay tutulmasının vaxtı AÇIQLANDI






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Günəş, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin ilk Ay tutulması martın 14-də baş verəcək və bu, tam Ay tutulması olacaq.

presstvaz xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, tutulma yerli vaxtla saat 09:09:33-də başlayıb, saat 12:47:48-də sona çatacaq.

Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tam tutulma isə saat 10:26:06-da başlayıb, saat 11:31:26-da sona çatacaq. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək.

Tam tutulma zamanı Ay 65 dəqiqə qırmızı-narıncı rəngdə görünəcək. Tam tutulma hadisəsi zamanı, xüsusilə tutulma üfüqdə baş verdikdə Günəş şüaları Ayın səthinə birbaşa deyil, Yer atmosferindən keçərək düşür.

Bu zaman qısa dalğalar (məsələn, mavi işıq) atmosferdə səpildiyi üçün Ay səthinə yalnız daha uzun dalğalar (məsələn, qırmızı işıq) çatır və ondan əks olunur. Ona görə də biz tutulma zamanı Ayı qırmızı-narıncı rəngdə görürük. Belə tutulmanı “Qanlı Ay” tutulması da adlandırırlar. Tutulma zamanı Ayın belə müxtəlif rənglərdə görünməyi Yer atmosferində nə qədər toz, su və digər hissəciklərin olduğundan asılıdır. Temperatur və rütubət də buna öz təsirini göstərir.

Bu nadir hadisə ən yaxşı Şimali və Cənubi Amerikada görünəcək. Ümumilikdə tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv