Moskvada ümummilli lider Heydər Əliyevin abidəsi qoyulacaq

Moskvada ümummilli lider Heydər Əliyevin abidəsi qoyulacaq






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycanın Moskvadakı səfirliyi, #Heydər Əliyev, #Rəhman Mustafayev, #Rusiya, #SSRİ, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacaq.

presstvaz “Report”a istinadən bildirir ki, xatirə lövhəsinin qoyulması mərasimində Moskva meri Sergey Sobyanin, baş nazirin müavini Vitali Savelyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Baykal-Amur magistralının tikintisində iştirak edən əmək veteranları iştirak ediblər.

Abidə bu gün rəsmi mərasimin keçirildiyi Azərbaycanın Moskvadakı səfirliyinin yaxınlığındakı bağda yerləşəcək.

Xatirə lövhəsində yazılıb:

“Burada ikiqat Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və istifadəsi üzrə komissiyasının sədri Heydər Əliyevin abidəsi qoyulacaq”.

Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və istifadəsi üzrə Komissiyanın sədri vəzifəsini tutub, bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib. Moskvada abidənin qoyulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet İttifaqı qarşısında Baykal-Amur magistralının tikintisi və istifadəsindəki xidmətlərinin tanınmasını simvolizə edir.

Abidənin qoyulması təşəbbüsünü Heydər Əliyevin rəhbərliyi altında işləmiş Baykal-Amur magistralının (BAM) tikintisində iştirak etmiş əmək veteranları irəli sürüblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv