Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib

Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib






presstv

"Presstv"az #Avropa, #Ayxan Hacızadə, #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Ermənistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Sülh Fondundan Ermənistana ikinci yardım tədbiri ilə bağlı Şuraya təklif təqdim edib.

presstvaz xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Pedro Fonseka Moniz APA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, bu təklif əvvəlki yardım tədbirinə əsaslanır.

“Şura təklifi gələn həftələrdə nəzərdən keçirməyə başlayacaq”, – Pedro Fonseka Moniz qeyd edib.

Xatırladaq ki, 2024-cü ildə də Aİ Avropa Sülh Fondundan Ermənistana tranş ayırmışdı. Avropa İttifaqı Şurası tərəfindən iyulun 22-də “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi barədə qərar qəbul edilmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə həmin vaxt Avropa İttifaqı Şurasının qərarını “yanlış və təhlükəli, regionda gərginliyin artmasına xidmət edən addım” adlandırmışdı.

Azərbaycan həmin vaxt Avropa İttifaqı Şurasının qərarı ilə göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözlədiyini qeyd etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv