Çindən ABŞ-yə cavab tədbirləri: Əlavə rüsumların tətbiqinə başlanıldı

Çindən ABŞ-yə cavab tədbirləri: Əlavə rüsumların tətbiqinə başlanıldı






presstv

"Presstv"az #ABŞ, #Çin, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin ABŞ Prezidenti Donald Trampın tarif siyasətinə cavab olaraq martın 10-dan etibarən ABŞ-nin kənd təsərrüfatı məhsullarına 10-15% əlavə rüsumlar tətbiq edəcək.

presstvaz-ın xəbərinə görə, bu barədə Çin Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata görə, 15% həcmində əlavə rüsumlar ABŞ-dən toyuq, buğda, qarğıdalı və pambığa aid ediləcək. Sorqo, soya paxlası, donuz əti, mal əti, su sənayesi məhsulları, meyvə, tərəvəz və süd məhsullarına 10% əlavə rüsumlar tətbiq ediləcək.

Çin həmçinin ölkənin təhlükəsizliyinin və maraqlarının qorunması üçün 15 ABŞ şirkətini ixrac nəzarəti siyahısına əlavə edib.

Nazirliyin bildirdiyinə görə, sanksiyalar siyahısına daxil edilən 15 subyekt Çinin milli təhlükəsizliyi və maraqlarına təhdid yaradır. Çin tədarükçülərinə qeyd olunan ABŞ şirkətlərinin mallarını satmaq qadağan edilib.

Siyahıya “Leidos”, “Gibbs&Cox”, “IP Video Market Info”, “Sourcemap”, “Skydio”, “Rapid Flight”, “Red Six Solutions”, “Shield AI”, “HavocAI”, “Neros Technologies”, “Group W”, “Aerkomm”, “General Atomics Aeronautical Systems”, “General Dynamics Land Systems” və “Aero Vironment” şirkətləri daxil edilib.

Daha 10 ABŞ şirkəti isə etibarsız təşkilatlar siyahısına əlavə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv