Çinli məktəbli 3D printerlə qatlanan telefon hazırlayıb

Çinli məktəbli 3D printerlə qatlanan telefon hazırlayıb






presstv

"Presstv"az #Ailə, #Çin, #Mobil telefon, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin Hubei əyalətinin İçan şəhərindən olan məktəbli Lan Boven köhnə smartfonların komponentlərindən və 3D printerdən istifadə edərək qatlanan mobil telefon hazırlayıb.

presstvaz bu barədə “South China Morning Post” qəzetinə istinadla məlumat verib.

Bildirilir ki, ənənəvi qatlanan modellərdən fərqli olaraq, Lan Bovenin telefonu içəriyə deyil, çölə doğru qatlana bilir. Onun sözlərinə görə, bu cür dizayn daha rahatdır.

Məktəbli bildirib ki, belə bir cihaz yaratmaq fikri qatlanan telefon modellərini araşdırarkən yaranıb, lakin bazarda yalnız içəriyə qatlana bilən versiyalar mövcud olub.

Onun sözlərinə görə, cihazın korpusu məktəblinin iki min yuana (təxminən 466 manata) aldığı 3D printerdə hazırlanıb. Telefonun əsas hissəsi isə ailə üzvlərinə məxsus köhnə mobil telefonların komponentlərindən yığılıb, bəzi detalları da internetdən sifariş edilib.

“Mənim telefonum hələ çox primitiv mərhələdədir və bir çox çatışmazlıqları var. Amma artıq adi bir smartfonun bütün funksiyalarını yerinə yetirə bilir”, – deyə Lan Boven qeyd edib.

Bildirilir ki, gənc ixtiraçının bu prosesi nümayiş etdirdiyi video yerli sosial şəbəkədə beş milyona yaxın baxış və 400 min bəyənmə toplayıb. Hətta məşhur “Vivo” şirkətinin rəhbərliyi onun layihəsini tərifləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv