Qanı ilə 2 milyondan çox körpənin həyatını xilas edən Ceyms Harrison VƏFAT ETDİ

Qanı ilə 2 milyondan çox körpənin həyatını xilas edən Ceyms Harrison VƏFAT ETDİ






presstv

"Presstv"az #Ailə, #Avstraliya, #Körpə, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Verdiyi qanla iki milyondan çox körpənin həyatını xilas edən avstraliyalı Ceyms Harrison vəfat edib.

presstvaz bu barədə BBC-yə istinadən xəbər verir.

Bildirilir ki, 88 yaşlı Harrison Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən qocalar evində yuxuda olarkən dünyasını dəyişib.

Qeyd edək ki, “qızıl əlli adam” kimi tanınan Harrisonun qanında nadir “Anti-D” antitelləri var idi. Bu maddə, hamiləlik zamanı qan qrupu uyğunsuzluğu səbəbindən doğulmamış körpələrin həyatını təhlükəyə atan analara verilən dərmanların hazırlanmasında istifadə olunurdu.

Harrison 14 yaşında ağır sinə əməliyyatı zamanı qan köçürüləndən sonra donor olmağa qərar verib. O, 18 yaşından etibarən hər iki həftədən bir plazma verməyə başlayıb və bunu 81 yaşına qədər davam etdirib. 2005-ci ildə o, dünyanın ən çox plazma verən donoru kimi rekord qırıb. Bu titulu 2022-ci ilə qədər qoruyub saxlayıb, daha sonra amerikalı donor onu keçib.

Harrisonun qızı Treysi Melloşip atasının heç bir xərc çəkmədən və ağrı hiss etmədən bu qədər insanın həyatını xilas etməsindən böyük qürur duyduğunu bildirib.

“O, həmişə deyirdi ki, bu proses heç ağrılı deyil və sənin xilas etdiyin həyat bir gün sənin öz həyatın da ola bilər”, – deyə qızı əlavə edib.

Treysinin sözlərinə görə atası, onun səxavəti sayəsində övladları dünyaya gələn ailələrin hekayələrini eşitməkdən çox məmnun olurdu.

Qeyd edək ki, “Anti-D” peyvəndləri, doğulmamış körpələri ölümcül qan xəstəliyi – hemolitik xəstəlikdən (HDFN) qoruyur. Bu xəstəlik hamiləlik zamanı, ananın qırmızı qan hüceyrələrinin körpənin qan hüceyrələri ilə uyğun gəlmədiyi hallarda yaranır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv