Premyer Liqa: “Qarabağ” “Sumqayıt”a qalib gəldi

Premyer Liqa: “Qarabağ” “Sumqayıt”a qalib gəldi






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Futbol, #Neftçi, #Premyer Liqası, #Şamaxı, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qarabağ” Misli Premyer Liqasının XXV turunda “Sumqayıt”a qalib gəlib.

presstvaz xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş “köhlən atlar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Kadi Borges (31), Leandro Andrade (38) fərqləniblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. “Gənclik şəhəri” təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb.

Turun açılış qarşılaşmasında “Şamaxı” səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

19:02

Futbol üzrə Misli Premyer Liqasında XXV tura start verilib.

presstvaz xəbər verir ki, açılış oyununda “Səbail” doğma meydanda “Şamaxı”nı qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 41-ci dəqiqədə Vasiliye Bakiç və 63-cü dəqiqədə Andrey Tirkoveanu vurublar.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Şamaxı” 7-ci pilləyə yüksəlib. “Səbail” isə 18 xalla sonuncu – 10-cu sırada qalıb.

09:52

Bu gün Misli Premyer Liqasının XXV turunun qar səbəbindən təxirə salınmış oyunlarına iki görüşlə start veriləcək.

presstvaz xəbər verir ki, “Səbail” “Şamaxı”nı saat 17:00-da, “Sumqayıt” isə “Qarabağ”ı saat 19:30-da qonaq edəcək.

Qeyd edək ki, turun digər oyunlarında “Turan Tovuz” “Zirə”ni, “Sabah” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “Neftçi”ni qəbul edəcək.

3 mart

Misli Premyer Liqası

XXV tur

Saat 17:00, “Səbail” – “Şamaxı”;

Saat 19:30, “Sumqayıt” – “Qarabağ”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv