Kobaxidze: “Bir daha “müharibə partiyası” ilə “sülh partiyası” arasında aydın sərhəd çəkildi”

Kobaxidze: “Bir daha “müharibə partiyası” ilə “sülh partiyası” arasında aydın sərhəd çəkildi”






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Gürcüstan, #İrakli Kobaxidze, #Müharibə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Donald Trampın Ukraynada sülh yaratmaq istəyini dəstəklədiyini bildirib.

presstvaz   xəbər verir ki, siyasətçi bu fikirlərini “Facebook” hesabında paylaşıb.

“Dünən bir daha “müharibə partiyası” ilə “sülh partiyası arasında” aydın sərhəd çəkildi. Mən burada təkcə (Donald) Tramp və (Volodimir) Zelenskinin polemikasını yox, ona verilən reaksiyaları da nəzərdə tuturam. Prezident Tramp və onun sülh təşəbbüsləri ard-arda tənqid olundu. Bunu edənlər isə qanlı müharibəyə yol verən və minlərlə ukraynalının həyatını qurban verən şəxslərdir”, – deyə Kobaxidze qeyd edib.

Gürcüstan hökumət başçısının sözlərinə görə, “qlobal müharibə partiyası” dərhal Trampa qarşı səfərbər olub.

O, Brüssel məmurları və ABŞ senatoru Cin Şahin başda olmaqla bir çox şəxsin buna qarşı çıxdığını vurğulayıb.

“Onlardan geri qalmayan Gürcüstanın radikal müxalifət liderləri isə cəmi bir ay əvvəl Trampın inaqurasiyasında arxa otaqlarda çəkdikləri “selfi”lərinə heyran idilər”, – deyə Kobaxidze əlavə edib.

Onun sözlərinə görə, müharibə tərəfdarları ilə sülh istəyən qüvvələr arasında mübarizə həlledici mərhələyə daxil olub.

“Ukraynadakı müharibə nə qədər tez bitsə, bir o qədər az insan həyatı itiriləcək, bölgədə sülh daha tez bərqərar olacaq”, – deyə Gürcüstanın baş naziri fikirlərini tamamlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv