“Crocus City Hall”dakı terror aktında əli olan şəxs QAÇMAĞA CƏHD EDİB

“Crocus City Hall”dakı terror aktında əli olan şəxs QAÇMAĞA CƏHD EDİB






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Moskva vilayəti, #Odlu silah, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktı icraçılarına silah tədarük etməkdə ittiham olunan İnquşetiya sakini Cəbrail Auşev hüquq-mühafizə orqanlarından qaçmağa çalışıb və yalnız axtarışa verildikdən sonra saxlanılıb.

presstvaz-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə iş materiallarında qeyd olunub.

Bildirilir ki, bu cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsində Rusiya Cinayət Məcəlləsinin “insan ölümünə səbəb olan terror aktı” maddəsi ilə “Crocus City Hall” konsert zalında terror aktının törədilməsi faktı üzrə açılıb.

“Bu cinayət işi ilə bir istehsalatda bir neçə cinayət işi birləşdirilib. 2024-cü il aprelin 19-da ittiham olunan C.M.Auşev axtarışa verilib. 2024-cü il iyunun 19-da o saxlanılıb və həmin gün ona Rusiya Cinayət Məcəlləsinin 222-ci maddəsinin üçüncü hissəsinin “a” bəndi və beşinci hissəsinin “a” bəndi (qabaqcadan əlbir olan şəxslər tərəfindən odlu silahın qanunsuz əldə edilməsi və satışı) ilə cinayətlərdə ittiham irəli sürülüb”, – deyə işdəki sənədlərdən birində qeyd olunub.

Auşevlə bağlı bu cinayət işində İnquşetiya əsilli digər şəxs – Hüseyn Medovun da adı keçir.

Bundan başqa, axtarışda olan Xavaj-Baqaudin Əliyev və Batır Kulayev də ittiham olunanlar sırasındadır. İstintaqın versiyasına görə, bu dörd nəfər terror aktının icraçılarına silah əldə etməkdə kömək edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv