HƏMAS 600 fələstinli əsir müqabilində dörd girovun cəsədini İsrailə TƏHVİL VERDİ

HƏMAS 600 fələstinli əsir müqabilində dörd girovun cəsədini İsrailə TƏHVİL VERDİ






presstv

"Presstv"az #Ailə, #Benyamin Netanyahu, #HƏMAS hərəkatı, #İsrail, #Misir, #Qəzza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarından Qəzza sektorunda fələstinli radikalların əlində olan dörd girovun cəsədini alıb.

presstvaz-ın verdiyi məlumata görə, xəbər yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən təsdiqlənib.

“Bu gecə İsrail Qızıl Xaç vasitəsilə dörd oğurlanmış şəxsin cəsədini alıb. Misirin vasitəçiliyi ilə tabutlar “Kerem-Şalom” keçid məntəqəsində İsrail Müdafiə Ordusuna təhvil verilib. Hazırda İsrail ərazisində ilkin identifikasiya proseduru başlayıb”, – deyə bəyanatda qeyd olunub.

Bildirilir ki, oğurlanmış şəxslərin ailələri vəziyyət barədə daim məlumatlandırılır, tam identifikasiya proseduru başa çatdıqdan sonra onlara rəsmi bildiriş təqdim olunacaq.

Həmçinin HƏMAS hərəkatı da İsrailin 600 fələstinli məhbusu təhvil verdiyini təsdiqləyib və sazişə sadiqliyini bir daha xatırladaraq, onun bütün şərtlərinə və müddəalarına əməl etmək niyyətində olduğunu vurğulayıb.

“Biz razılaşmanın ikinci mərhələsi ilə bağlı danışıqlara başlamağa hazırıq və bir daha bəyan edirik ki, Qəzza sektorunda bütün girovları azad etməyin yeganə yolu danışıqlar aparmaq və razılaşdırılmış şərtlərə riayət etməkdir”, – deyə hərəkatdan bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv