ABŞ Kərkük-Ceyhan neft kəmərinin tezliklə işə salınmasını İSTƏYİR

ABŞ Kərkük-Ceyhan neft kəmərinin tezliklə işə salınmasını İSTƏYİR






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #İraq, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ dövlət katibi Marko Rubio ilə İraqın Baş naziri Məhəmməd əl-Sudani İraq və Türkiyə arasında neft kəmərinin yenidən işə salınmasının vacibliyini müzakirə ediblər.

presstvaz   TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

“Onlar İraqın enerji müstəqilliyinə nail olmasının, İraq-Türkiyə boru kəmərinin tezliklə yenidən işə salınmasının və İraqda fəaliyyət göstərən ABŞ şirkətlərinin müqavilə şərtlərinə əməl etməsinin vacibliyi ilə bağlı razılığa gəliblər”, – məlumatda qeyd olunub.

Bundan əvvəl Bağdad İraq Kürdüstanında hasil edilən neftin Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə ixracını bərpa etməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, Kərkük-Ceyhan boru kəməri ilə neft nəqli 2023-cü ilin martında Bağdadın beynəlxalq məhkəmədə İraq Kürdüstanı muxtar bölgəsindən neft ixracı ilə bağlı Türkiyəyə qarşı 2014-cü ildən davam edən prosesi qazanmasından sonra dayandırılıb. Bağdadın əsas iddiası Türkiyənin BOTAŞ neft-qaz şirkətinin İraq Kürdüstanından hasil edilən nefti İraq hökumətinin rəsmi icazəsi və razılığı olmadan dünya bazarına çıxarması ilə bağlı olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv