Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Leyla Əliyevanı qəbul edib

Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Leyla Əliyevanı qəbul edib






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #COP29, #Formula-1, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #Leyla Əliyeva, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Bəhreynə səfəri çərçivəsində Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşü keçirilib.

presstvaz   xəbər verir ki, görüş zamanı iki dövlət və xalq arasında yüksək səviyyəli münasibətlərin mövcudluğu xüsusi vurğulanıb. İkitərəfli əməkdaşlığın bundan sonra da müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Bəhreyn Krallığının Vəliəhdi Azərbaycanın hər zaman qlobal problemlərin həllinə dəstək olduğunu, bu çərçivədə ölkəmizin COP29 beynəlxalq tədbirinə də yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladıb. Ətraf mühitin qorunması sahəsində təşəbbüslərin davamı olaraq, MAMA “Ana təbiət” sərgisinin Bəhreyndə təşkilinə görə təşəkkürünü çatdırıb. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın ətraf mühitin qorunması istiqamətində Azərbaycanda və digər ölkələrdəki təşəbbüsləri yüksək qiymətləndirilib.

Görüş zamanı Azərbaycan və Bəhreyn arasında gələcək əməkdaşlıq layihələri sırasında beynəlxalq Ekspo sərgiləri, o cümlədən Yaponiyada aprel ayından başlayacaq “Ekspo 2025” çərçivəsində birgə fəaliyyət üzrə də fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan və Bəhreynin “Formula-1” kimi nüfuzlu yarışa uğurla ev sahibliyi etməsi vurğulanıb. Ölkəmizdə avtomobil idmanı üzrə yarışların keçirilməsinə önəm verildiyi və bu çərçivədə də gələcək əməkdaşlıq müzakirə olunub.\azərtac/

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv